Sosial şəbəkədə biz:

Liviya səfiri Zəngilanda dağıdılmış məsciddə namaz qıldı - FOTO

06 February 2021, 18:40
Gündəm

Liviyanın Azərbaycandakı səfiri Saad Mustafa Bajbir Zəngilanda ermənilər tərəfindən dağıdılmış məsciddə namaz qılıb.

Diplomat erməni vandallığına məruz qalmış məsciddə ibadət edib.

“Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”, - deyə səfir namazdan sonra deyib.