Sosial şəbəkədə biz:

ABŞ tarixində ilk - Maliyyə naziri qadın oldu

26 January 2021, 10:00
Gündəm

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun namizədliyini senatorların əksəriyyəti dəstəkləyib.

Yellen ABŞ Maliyyə Nazirliyinə rəhbərlik edəcək ilk qadındır. O, həm də 2014-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin sədri təyin edilən ilk qadın olub.