Sosial şəbəkədə biz:

Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

19 January 2021, 10:13
Gündəm

Millət vəkili Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib.

Deputat türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb:
"Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney Azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək. Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir- birimizi anlamağın çətin olmadığını görəcəksiniz! Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”.
Sabir Rüstəmxanlı bu işin artıq başlandığını qeyd edib:
"Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla ilişkilərimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”.