Sosial şəbəkədə biz:

Ötən gün 17 koronavirus xəstəsinə cinayət işi açılıb

12 December 2020, 10:43
Gündəm

Dekabrın 11-də ölkə ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 28 nəfər evə qaytarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan 17 nəfərə cinayət işi başlanılıb.