Sosial şəbəkədə biz:

Fransanın sabiq prezidenti koronavirusdan ölüb

03 December 2020, 09:13
Gündəm

Fransanın sabiq prezidenti Valeri Jiskar d'Esten vəfat edib.

TASS xəbər verir ki, 94 yaşlı keçmiş dövlət başçısının koronavirus infeksiyasından öldüyü bildirilir.

Noyabr ayında Jiskar d'Esten xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Valeri Jiskar d'Esten 1974-1981-ci illərdə Fransa prezidenti olub.