Sosial şəbəkədə biz:

İsmayıllıya qar yağdı

29 November 2020, 11:21
Gündəm

İsmayıllı rayonunun dağ kəndlərinə qar yağıb.

Bu gün səhər saatlarından başlayaraq Basqal və Lahıc qəsəbələrində, Tağlabiyan, Kəlfərəc, Mücü, Sulut, Xankəndi, Yuxarı Cülyan, Müdrü, Müdrüsə, Mulux, Nanıc, Vaşa, Daxar, Prirəqanım və Əhən kəndlərində qar yağıb.

Qarın hündürlüyü 5-10 sm olub.

Yerli sakinlərin sözlərinə görə, yağan qar heç bir fəsad törətməyib.