Sosial şəbəkədə biz:

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı

23 November 2020, 20:55
Gündəm

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb.

Rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 metrlik hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  /APA