Sosial şəbəkədə biz:

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

22 October 2020, 14:07
Gündəm

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.