2015-ci ilin yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,2% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,8%-lə, xarici valyutada kreditlər isə 12,6%-lə verilib.
Ölkədə ən bahalı kreditlər cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılıb –illik 23,2%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (22,2%) və Aran (22,1%) iqtisadi bölgələri dayanır.
Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22%, Quba-Xaçmazda 21,3%, Yuxarı Qarabağda 19,3%, Abşeronda 18,6%, Gəncə-Qazaxda 18,5%, Kəlbəcər-Laçında 17,2%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 11,8% və isə 14,5%-lə.
| Regionun adı |
Kreditlərin orta illik faiz dərəcəsi |
| 2015-ci ilin əvvəli |
2016-cı ilin əvvəli |
| Azərbaycan |
13,7% |
13,2% |
| Bakı |
12,3% |
11,8% |
| Abşeron |
18,3% |
18,6% |
| Aran |
21,3% |
22,1% |
| Dağlıq Şirvan |
23,2% |
22,2% |
| Gəncə-Qazax |
21,7% |
18,5% |
| Quba-Xaçmaz |
20,1% |
21,3% |
| Lənkəran |
22,9% |
23,2% |
| Şəki-Zaqatala |
21,1% |
22,0% |
| Yuxarı Qarabağ |
20,8% |
19,3% |
| Kəlbəcər-Laçın |
25,6% |
17,2% |
| Naxçıvan |
13,8% |
14,5% |
Mərkəzi Bank bildirir ki, 2015-ci ildə kreditlər orta hesabla 0,5% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 6 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,4% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,5%, Dağlıq Şirvanda 1,0%, Gəncə-Qazaxda 3,2%, Yuxarı Qarabağda 1,5% olub.
Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,3%, Aranda 0,8%, Quba-Xaçmazda 1,2%, Lənkəranda 0,3%, Şəki-Zaqatalada 0,9%, Naxçıvanda isə 0,7% olub.