Sosial şəbəkədə biz:

Əlillər üçün metro liftləri hansı stansiyalarda olacaq? - SOSİAL

06 February 2016, 09:32
Gündəm
“Bənövşəyi xətt”ə aid bütün stansiyalarda bu liftlər quraşdırılacaq. Bu xətt 12 stansiyadan ibrətdir və hər bir stansiyada da həmin liftlərin istifadəsi mümkün olacaq. Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, sözügedən xəttin mövcud stansiyalarla birləşməsi olacaq: “Biz metropoliten olaraq yeni bir xətt yaradırıq. Bu xətt isə “Bənövşəyi xətt” adlanır. Bu o deməkdir ki, Avtovağzal metro stansiyasına daxil olan əlil vətəndaş Memar Əcəmi-2 stansiyasında düşəcək. Həmin stansiyada da əlillər üçün nəzərdə tutulan lift mövcuddur”. Qeyd edək ki, yeni stansiyalarda əlil insanlar yerin üstündən liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər.