Bakıda keçirilən “Formula 1 Qran Prisi”nə görə bağlanan yollar sabahdan açılacaq.
Təşkilat Komitəsinin mətbuat katibi Nigar Arpadarai də qeyd edib ki, bağlı yollar aprelin 30-dan istifadəyə veriləcək: “Daha sonra avadanlıqlar və dirəklər, arakəsmələr yığışdırılacaq. Bulvara giriş isə bu gündən açılıb”.