"Mediapress" İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman dünyasını dəyişib.
Tanınmış jurnalist bu gün 46 yaşında vəfat edib.
Qeyd edək ki, insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən N.Qocaman fevralın 1-dən koma vəziyyətində idi. Həkimlərin cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.