Sosial şəbəkədə biz:

Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı

23 January 2019, 20:39
Gündəm

Rusiyanın "Gazprom" İctimai Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

“Report” xəbər verir ki, ötən il dekabrın 18-də dövlət qeydiyyatına alınan nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza ev75-də yerləşir.

Nümayəndəliyin qanuni təmsilçisi Rusiya Federasiyası vətəndaşı Maksut Anderjanovdur.