Sosial şəbəkədə biz:

Nardaranın telefonu kəsilib, suyu yox

28 November 2015, 16:01
Gündəm
Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil. Bunu APA-ya "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib. Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını deyib.