Sosial şəbəkədə biz:

"Muğanbank"dan borca görə özünü yandıran şəxslə bağlı daha bir açıqlama

24 November 2015, 11:51
Gündəm
Salam hörmətli media nümayəndələri. Kütləvi informasiya vasitələrində 23.11.2015 – ci il tarixdə “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP –yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb. AYTEN E. MAMMADOVA | Specialist of Marketing Department