Sosial şəbəkədə biz:

Ermənistanda hökumət binasını partlatmaq istədilər

27 October 2018, 21:50
Gündəm
Ermənistanda naməlum şəxs qumbara ilə hökumət binasını partlatmaq istəyib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kimliyi açıqlanmayan 1975-ci il təvəllüdlü kişi əlində qumbara ilə hökumət binasına daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi zərərsizləşdirə biliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.