Sosial şəbəkədə biz:
“Necə yəni dövlət qulluqçularının maaşı ilə minimum əməkhaqqı arasında uçurum var?”
Xəbər Şəkli

“Necə yəni dövlət qulluqçularının maaşı ilə minimum əməkhaqqı arasında uçurum var?”

21 March 2026, 10:20
Gündəm

“Təxminən, 30 minə qədər dövlət qulluqçusunun maaşı artırılıb. Əslində, dövlət qulluqçuları bayramlarda, il ərzində mükafat alırdılar. Bunu ləğv etdilər, maaşın baza hissəsini artırdılar. Dövlət qulluqçuları özəl sektorda işləyənlərdən az maaş alırlar. Buna görə də xaricdə, yaxud öz ölkəmizdə yüksək ixtisas sahibi olanlar dövlət qulluğunda üç-dörd il işləyirlər, sonra özəl sektorlara keçirlər. Bunun qarşısını almaq üçün dövlət qulluqçularının maaşlarını qaldırdılar, yəni əlavələri maaşa yüklədilər. Burda qeyri-adi bir şey yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat bildirib ki, Azərbaycanda özəl şirkətlərlə rəqabət aparılır: “Yeri gəldikdə minimum əməkhaqqını da artırırlar. Necə yəni minimum əməkhaqqı ilə uçurum var? Vergidə, yaxud hansısa sahədə işləyən dövlət qulluqçuları normal maaş alırlar. Amma elələri var, aldıqları maaş onlara çatmır. Başa düşün də, özəl sektorda maaşlar yüksəkdir, buna görə də dövlət bu yolu seçdi. Burada nə var ki? Bu dəqiqə sizə özəl sektorda iş versələr, yüyürüb gedib işləyəcəksiniz. Buna görə rəqabət aparırlar, dövlət qulluqçularının maaşlarını artırıblar, vəssalam! Başqa bir şey yoxdur!”