Sosial şəbəkədə biz:

Kremlin Qusmanı repressiya etməsinə sərt reaksiya: “Bu, Putinin miskinliyidir”

Kremlin Qusmanı repressiya etməsinə sərt reaksiya: “Bu, Putinin miskinliyidir”

"Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin və ləyaqətsiz olduğunu göstərir. Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurətlə idarə olunur".

Bu barədə tele-tənqidçi, professor Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli Kremlin Qusmana qarşı atdığı ədalətsiz addımı əsl namərdlik adlandırıb:

"Azərbaycan sevdalısı Mixail Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, "Hakimiyyət formulu" verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın Əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır.

O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. 44 günlük müharibə zamanı Mixail Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.

Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlik və cındırlıqdır. İnşallah, bu nifrət, qərəz, kin-küdurət və qisas çanağının Putinin öz başında sınacağına az qalıb". Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol