Sosial şəbəkədə biz:

Sərnişindən ADY-yə etiraz: “Sadəcə insan kimi yaşamaq istəyirəm”

Sərnişindən ADY-yə etiraz: “Sadəcə insan kimi yaşamaq istəyirəm”
Xəbər Şəkli
07 October 2026, 14:59
Cəmiyyət

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayının azaldılması vətəndaşın narazılığına səbəb olub.

Bu barədə sərnişin sosial şəbəkədə paylaşdığı videoda danışıb.

O bildirib ki, iki qatarın bir qatarla əvəzlənməsi nəticəsində sərnişinlər daha uzun müddət qatar gözləməli və sıxlıq şəraitində səfər etməli olurlar.

Gənc ana olduğunu deyən sərnişin qeyd edib ki, əvvəllər saat 17:00-18:00 aralığında iki qatar hərəkət edib və hər ikisi həmişə dolu olub. Sərnişin hazırda həmin qatarların bir qatarla əvəzlənməsinə etiraz edib.

"İki qatar da ağzına kimi dolurdu və yola düşürdü. ADY nə etmək qərarına gəldi? O iki dolu qatardakı insanları birləşdirib bir qatara yığdı. Mən işdən çıxanda bir saata yaxın qatar gözləyirəm. Hələ üstəlik, oturacağam, ya oturmayacağam, qatara minəcəyəm, ya minməyəcəyəm - bunun dərdini və stresini çəkirəm.

Desəm ki, bu iki qatar tam dolmurdu, enerji və pul sərfiyyatıdır, deyərəm ki, yaxşı. Amma elə deyil. Mən sizin məntiqinizi başa düşmürəm. İnsanların işdən sonra - qadın, kişi, uşaq, yaşlı basabasda getməsindən, bu vəziyyətə düşməsindən həzz alırsınız?Mən niyə hər səhər və axşam insan kimi işə gedib-gəlmək əvəzinə bu vəziyyətdə getməliyəm? Artıq əsəbləşməkdən də bezdim. Hər şeydən bezdim. Sadəcə bir şey istəyirəm: insan kimi yaşamaq”, - deyə sərnişin bildirib.

BakuPost