Azərbaycanda aztəminatlıların sayı artıb, verilən yardımın məbləği azalıb
Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda 76,1 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2025-ci il yanvarın 1-nə olan məlumata görə ölkədə 76 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği isə 107,5 manat olub.
Açıqlanan məlumatlardan da göründyü kimi, ünvanlı dövlət sosial yardım alanların sayı son bir ildə 1,5 min nəfər artıb və onların bir nəfərə düşən orta aylıq məbləği isə 11,8 manat və ya 11% azalıb.