40 günlük müharibə Azərbaycanla İranın ticarətinə necə təsir edib?
2026-cı il fevralın 28-də İrana qarşı ABŞ-İsrail təcavüzü Azərbaycanla İslam Respublikası arasında ticari-iqtisadi əlaqələrə necə təsir edib?
Bir çox proqnoza baxmayaraq, gözlənilənin əksinə olaraq, bu sahədə artım var.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Bakı və Tehran arasındakı ticarət münasibətləri ilin ilk 2026-cı ilin 4 ayında ümumi ticarət dövriyyəsində 9,3% artım qeydə alınıb.
Ümumən 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 644,1 milyon ABŞ dolları təşkil edib (yəni 2024-cü ilə nisbətən 0,5% azalma):
İxrac (Azərbaycandan İrana): 20 milyon dollar (+42,9% artım);
İdxal (İrandan Azərbaycana): 624,1 milyon dollar (-1,4% azalma);
Ümumi dövriyyənin təxminən 97%-ini İrandan edilən idxal təşkil edib.
2025-ci ildəki cüzi durğunluqdan sonra, 2026-cı ilin ilk aylarında ticarət əlaqələrində ardıcıl artım meyli qeydə alınıb.
O cümlədən yanvar-mart aralığında (I rüb): dövriyyə 169,532 milyon dollar olub (2025-ci ilin I rübinə nisbətən 7,8% artım).
Həmin zaman kəsimində Azərbaycanın İrana ixracı 42,3% azalıb (2,848 milyon dollar), İrandan idxal isə 9,4% artıb (166,684 milyon dollar).
Yanvar-aprel aralığında (4 aylıq): dövriyyə 223,563 milyon dollar təşkil edib (2025-ci ilin eyni dövründəki 204,543 milyon dollara nisbətən 9,3% artım).
Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən, 2026-cı ilin geridə qalan aylarında Azərbaycan ilə İran arasında ixrac-idxal edilən məhsulların strukturu aşağıdakı kimidir:
İrandan Azərbaycana idxal olunan əsas məhsullar nədir?
Əsasən, kənd təsərrüfatı və ərzaq Məhsulları: təzə tərəvəzlər (kartof, pomidor, badımcan, göyərti), sitrus meyvələri (xüsusilə portağal və naringi), quru meyvələr, xurma və müxtəlif növ qidaya yararlı duz/yodlaşdırılmış məhsullar. Habelə tikinti materialları: Sement, klinker, tikinti şüşələri, müxtəlif keramik kafel və plitələr, plastik borular. Bundan başqa, kimya və yüngül sənaye: yuyucu vasitələr (şampun, sabun, təmizləyici tozlar), plastik kütlələr və onlardan hazırlanan məhsullar, məişət kimyası sənayesi üçün xammal. Nəhayət, məişət və yüngül sənaye malları: plastik ev əşyaları, bəzi növ sintetik xalçalar və toxuculuq məhsulları.
Azərbaycandan İrana ixrac olunan əsas məhsulları olduqca kiçik paya (illik təxminən 3-4%) malikdir:
Qeyri-neft sənayesi məhsulları: kimya sənayesi üçün bəzi yarımfabrikatlar;
Kənd təsərrüfatı yönümlü mallar: müəyyən heyvandarlıq və damazlıq məhsulları, eləcə də bitki mənşəli bəzi yağlar və texniki bitki qalıqları;
Maşınqayırma və mexaniki avadanlıqlar: bəzi maşın və mexanizmlərin hissələri, eləcə də qara metallardan hazırlanan bəzi elementlər (re-ixrac və ya spesifik sifarişlər çərçivəsində). yenisabah.az