Paşinyan Putini təbrik etdi
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Paşinyan məktubda hər iki tərəfin açıq və konstruktiv dialoqa qarşılıqlı sadiqliyinin Ermənistan-Rusiya əməkdaşlığını daha da gücləndirəcəyinə əminliyini bildirib.
“Əminəm ki, Ermənistan və Rusiya xalqları arasındakı çoxşaxəli əlaqələr, eləcə də bir-birimizin suverenliyinə və milli maraqlarına hörmət əsasında açıq və konstruktiv dialoqa qarşılıqlı hazırlığımız ölkələrimiz arasında qarşılıqlı əlaqələvə əməkdaşlı üçün bütün imkanlardan istifadı üçün töhfə verməyə davam edəcək”, - Paşinyan məktubda qeyd edib.
Ermənistan Baş naziri məktubunda həmçinin qeyd edib ki, bu əlamətdar bayram Rusiya vətəndaşlarının ölkələrinin gələcəyi üçün məsuliyyətini, eləcə də dost Rusiya xalqının dövlətin inkişaf yolunu müstəqil seçmək istəyini təcəssüm etdirir.
Qeyd edək ki, Rusiya Günü hər il 12 iyunda qeyd olunur və 1990-cı ildə Dövlət Suverenliyi Bəyannaməsinin qəbul edilməsi ilə əlaqələndirilir.