Sosial şəbəkədə biz:

Tahir Budaqov oğlunu evləndirdi – YAP-ın bəzi deputatları və funksionerləri dəvətsiz qaldı

Tahir Budaqov oğlunu evləndirdi – YAP-ın bəzi deputatları və funksionerləri dəvətsiz qaldı
Xəbər Şəkli
16 November 2026, 09:59
Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun oğluna toy mərasimi keçirilib.

Məlumata görə, paytaxtın məşhur Buta Palase sarayında təşkil olunan toy mərasimində bir sıra nazirlər, Milli Məclisin deputatları, eləcə də şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.

Məclisin qonaq siyahısı ilə bağlı diqqətçəkən məqamlardan biri isə YAP-ın bəzi deputatlarının mərasimə dəvət edilməməsi olub.

Məlumata görə, dəvət almayan deputatların bir qismi həm Milli Məclisin üzvü, həm də uzun illər YAP-ın Mərkəzi Aparatında Tahir Budaqovla çiyin-çiyinə çalışmış şəxslərdir.

Gununesi.info-ya danışan mənbə bu halı toy mərasiminə dəvət olunan qonaqların sayının həddindən artıq çox olması ilə izah edib. Mənbənin sözlərinə görə, Tahir Budaqov qonaq sayının çoxluğu səbəbindən bir sıra şəxsləri mərasimə dəvət edə bilməyib.