Sosial şəbəkədə biz:

"Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır" - Fərhad Əhmədov

"Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır" - Fərhad Əhmədov

"Hazırda Azərbaycanda yaşayıram".

Bu sözləri "Unikal"a eksklüziv açıqlama verən azərbaycanlı milyarder Fərhad Əhmədov deyib. O bildirib ki, Rusiyaya az gedib-gəlir:

"Ora ilə əlaqəm demək olar ki, yoxdur. Hazırda Udmurtiyada 43 milyonluq, ən böyük və birinci, müasir texnologiyaya malik "Gapalu" kök sistemi ilə ting biznesi açıram.

Vətən daha yaxşıdır. Burada yaşamaq istəyirəm. 24 il Azərbaycana xeyir vermişəm və verəcəm.

Mən Göyçay və İsmayıllı rayonlarında bir milyona yaxın nar, alma, badam, pavloniya və üzüm tingləri əkmişəm.

Torpaq və vətən 60 yaşından insanı maqnit kimi çəkir. Sentyabrın 15-də 70 yaşım tamam olacaq.

Sentyabrın 10-dan 15-nə kimi yetmiş min ağac əkəcəm. Biləsiniz ki, bu rayonlarda yaratdığım təsərrüfatda xeyli kəndçi işləyir, ailəsinə çörək aparır".




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol