700 bal hər qəbul mövsümünün ən çox gözlənilən nəticəsidir.
Hər il minlərlə abituriyent bu göstəriciyə çatmağa çalışsa da, maksimum bal toplayanların sayı, adətən, bir əldəki barmaqlarını keçmir.
Bəs, son 10 ildə hansı il rekord göstərici ilə yadda qalıb? pizza
Dövlət İmtahan Mərkəzinin indiyədək açıqladığı qəbul imtahanı nəticələrinə əsasən, 2025-2026-cı il mövsümü üzrə hələ ki bir 700 ballıq nəticə qeydə alınıb.
Maksimum nəticəni I ixtisas qrupu üzrə Burlaxatun Məcidli göstərib. O, qəbul imtahanının iki mərhələsinin yekununa əsasən, 700 bal toplayaraq builki ilk tam nəticənin sahibi olub.
İllər üzrə statistikaya nəzər saldıqda ən uğurlu ilin 2018-ci il olduğu görünür. Həmin il 29 abituriyent maksimum nəticə göstərərək indiyədək qırılmayan rekorda imza atıb.
Sonrakı yerlərdə isə 2015 və 2017-ci illər qərarlaşıb. Hər iki ildə 15 nəfər 700 bal toplayıb.
Son 10 ilin statistikası isə belədir:
700 bal hər qəbul mövsümünün ən çox gözlənilən nəticəsidir. Hər il minlərlə abituriyent bu göstəriciyə çatmağa çalışsa da, maksimum bal toplayanların sayı adətən bir əlin barmaqlarını keçmir. Bəs son 10 ildə hansı il rekord göstərici ilə yadda qalıb? "Yeni Sabah" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin indiyədək açıqladığı qəbul imtahanı nəticələrinə əsasən, 2026-cı ildə hələ ki, bir 700 ballıq nəticə qeydə alınıb. Maksimum nəticəni I ixtisas qrupu üzrə Məcidli Burlaxatun Bəhruz qızı göstərib. O, qəbul imtahanının iki mərhələsinin yekununa əsasən 700 bal toplayaraq builki ilk tam nəticənin sahibi olub. İllər üzrə statistikaya nəzər saldıqda ən uğurlu ilin 2018-ci il olduğu görünür. Həmin il 29 abituriyent maksimum nəticə göstərərək indiyədək qırılmayan rekorda imza atıb. Sonrakı yerlərdə isə 2015 və 2017-ci illər qərarlaşıb. Hər iki ildə 15 nəfər 700 bal toplayıb. Son 10 ilin statistikası isə belədir:
İl700 balQeyd
2016 | 10 | —
2017 | 15 | İkinci ən yüksək göstəricilərdən biri
2018 | 29 | Tarixi rekord
2019 | 0 | 700 bal qeydə alınmadı
2020 | 0 | 700 bal qeydə alınmadı
2021 | 0 | 700 bal qeydə alınmadı
2022 | 1 | Uzun fasilədən sonra ilk 700 bal
2023 | 0 | 700 bal qeydə alınmadı
2024 | 2 | Artım başladı
2025 | 2 | Nəticə sabit qaldı
2026 | 1 (hazırda) | I və IV qrupları üzrə II qəbul imtahanının nəticələri hələ açıqlanmayıb.
Xatırladaq ki, 2026-cı ilin yekun statistikası hələ formalaşmayıb. Çünki I və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanlarının nəticələri məlum deyil. Buna görə də 700 bal toplayanların sayının artacağı istisna edilmir. yenisabah.az