Sosial şəbəkədə biz:

Quru sərhədlər ilə bağlı AÇIQLAMA

Quru sərhədlər ilə bağlı AÇIQLAMA

"Quru sərhədlərin bağlı olması ölkəmizi çoxlu təhlükələrdən qoruyur"

 

Bunu modern.az-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov bildirib.

 

O, qeyd edib ki, bu, təkcə Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ deyil:

 

"Regionumuzun digər qonşu ölkələrində hələ də sabitlik yoxdur. Bu baxımdan bütün riskləri hesablayıb sonra quru sərhədləri aça bilərik. Ancaq xalqımız gördü ki, quru sərhədlərimizin bağlı olduğu dövürdə qonşuluğumuzda nələr baş verdi. Dövlətmiz üçün əsas məsələ vətəndaşlarımızın rifahının və təhlükəsizliyinin təmin edilməsidir. Xarici təhlükələrin əksəriyyəti də əsasən quru sərhədlərdən daxil olur".

 

Deputat vurğulayıb ki, quru sərhədlərin açılmasına tələsməməliyik:

 

"Düzdür, quru sərhədlərin bağlı qalması vətəndaşlarımıza xaricə gedib-gəlməkdə böyük çətinliklər yaradır. Amma bu məsələyə hamının səbrlə yanaşmalı olduğunu hesab edirəm. Quru sərhədlərin açılmasından daha vacibi təyyarə biletlərinin qiymətlərinin qonşu ölkələrin qiymətlərinə uyğunlaşdırmasıdır. Eyni regionda yaşadığımızdan təyyarə biletlərinin qiymətlərində böyük fərq olmamalıdır. Düzdür, bu, xidmət səviyyəsindən asılıdır. Amma qiymətləri uyğunlaşdırmaq mümkündür. Yəni təyyarə biletlərinin qiymətlərinin baha olması insanlara çətinlik yaradır. Bu baxımdan biletlər aşağı qiymətlə əldə olunarsa, bu həm vətəndaşlarımız üçün, həm xarici turistlər üçün əlçatan olar".



 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol