Sosial şəbəkədə biz:
Qənirə Paşayevanın mənəvi qızı haralardadır?
Xəbər Şəkli

Qənirə Paşayevanın mənəvi qızı haralardadır?

11 March 2026, 07:27
Cəmiyyət

Qənirə xanım evində saxlasa da, saxlamasa da qız uşaqlarına qarşı çox həssas idi. Onların oxuyub həyatda bir yer tutmaları üçün çox çalışırdı. Atasız-anasız və ya maddi imkanları zəif olan ailələrin övladlarına dəstək olurdu. Evində saxlamasa belə bir əli üstlərində idi. Onlardan yalnız birini yanında saxlayırdı.

Bunu Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva “Yeni Sabah”a geniş müsahibəsi zamanı deyib.

O, ailənin hələ də həmin xanımla əlaqə saxladığını bildirib:

“Ailəsi var idi. Sadəcə olaraq maddi vəziyyətləri yaxşı deyildi. Qənirə xanım da ona bacardığı hər dəstəyi göstərirdi. O qız da oxudu, universiteti bitirdi. Artıq ailə də qurub, övladı da var. Onunla görüşürük, əlaqələrimiz var. Ailə olaraq əlləri çörəyə çatana qədər də hamısının yanındayıq. Kənarda olan uşaqlara da hazırda dəstək oluruq. Hər zaman da yanlarındayıq”.