Sosial şəbəkədə biz:

Məşhur şirkətin Bakıdakı ofisi müsadirə olunaraq hərraca çıxarılıb – Foto

Məşhur şirkətin Bakıdakı ofisi müsadirə olunaraq hərraca çıxarılıb – Foto

Bakı şəhəri Səbail rayonu Salyan şossesi 14-cü km 2, korpus A, 1A ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 1 438,9 kvadrat metrə bərabərdir. 14 otaqdan ibarət olan obyektin  ilkin satış qiyməti 2 milyon 700 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “ACE Forvarding” adlı şirkət fəaliyyət göstərib. Səbail rayonu Salyan şossesi 14-cü KM ünvanı eyni zamanada 2004-cü ildə dövlət qeydiyyatına alınan “ACE Forwarding Caspian” Şirkətinin (VÖEN – 1700057041) hüquqi ünvanı olub. Qanuni təmsilçisi Villiam Fransis Quinn olan şirkət hazırda passiv vergi ödəyicisdir. 2019-cu ildə dövlət qeydiyyatına alınan “ACE Forvarding” MMC (VÖEN – 1702619381) adlı şirkətə isə Con Oliver Quinn rəhbərlik edir.
Şirkətin rəsmi saytında qeyd olunub ki, “ACE Forvarding” 1996-cı ildə multimodal logistika və ekspeditor şirkəti kimi Azərbaycanda yaradılıb. Bildirilir ki, şirkətin Azərbaycan və Gürcüstanda 100-dən çox işçisi var. “ACE Forwarding” şirkətinin ilk dəfə 1994-cü ildə Şotlandiyada yaradıldığı qeyd olunur. Yeniavaz





Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol