Sosial şəbəkədə biz:

“MedAura” klinikasında saxta estetik cərrah: “Bədənim çürüyür”

“MedAura” klinikasında saxta estetik cərrah: “Bədənim çürüyür”

Fərizə Hacıyeva adlı vətəndaşı özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Azinforum.az Baku TV-yə istinadla xəbər verir ki, şikayətçi əməliyyatın yanvarın 14-də "MedAura" klinikasında baş tutduğunu bildirib:

"Bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi".

"MedAura" klinikasının baş həkimi Nigar Məhəmmədovanın bu müəssisədə çalışmadığını bildirib.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah işləyir. 

Baku TV-nin müxbiri pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra telekanalın əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənib.

Araşdırma nəticəsində məlum olub ki, "MedAura" klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə ciddi estetik və sağlamlıq problemləri yaranıb. 

Bundan başqa, həkimin "Mərcan" klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib. 

Səhiyyə Nazirliydən verilən məlumata görə, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol