Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verib. Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Sahib Məmmədovun özü ilə gətirdiyi müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri Bənövşə Babayeva tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar.
Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri Elvin Dəmirli əlaqə saxladıq.
Elvin Dəmirli: “Bu elə bir məsələdir ki, anında cavab vermək olmur. Səbrli olun, geri dönüş edəcəyəm. Çünki hər hansı bir hadisə baş verir və biz onu rahatlıqla anında görüb cavab verə bilirik. Amma bu hadisə araşdırılmalı və cavabı müəyyənləşdirilməli mövzudur”.
Xatırladaq ki, yaxın günlərdə Sahib Məmmədovun özü ilə gətirdiyi kadrlardan İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucov da istefa verib.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.