Sosial şəbəkədə biz:

Bloger məhkəmədə “Unibank”ı uddu

Bloger məhkəmədə “Unibank”ı uddu

Bloger Ramal İsayev “Unibank”la aralarında olan məhkəməni udub.

 1 il yarımdır davam edən proses başa çatıb. Bu haqda bloger özü məlumat yayıb. O bildirib ki, “Leo” kart istifadəçisi olub və bank ona borcu olduğunu iddia edib:

“Əziz və dəyərli izləyicilərim, sizinlə başıma gələn bir hadisəni bölüşmək istəyirəm. Bir müddət əvvəl “Unibank” məni məhkəməyə vermişdi. Təxminən 1 il davam edən çətin və gərgin məhkəmə prosesi nəhayət başa çatdı və bu proses mənim xeyrimə nəticələndi. Məhkəmə “Unibank”ın irəli sürdüyü iddiaların əsassız olduğunu təsdiqlədi və onların tələbləri təmin edilmədi. Bu müddət ərzində heç bir vəkilim olmadan, hüquqlarımı özüm müdafiə etdim, bütün sübutları toplayaraq məhkəməyə təqdim etdim. 

Düzünü desəm, bu yolda tam tək deyildim. Hörmətli hüquqşünas dostum Ramil Vəliyevdən zaman-zaman dəyərli məsləhətlər aldım və bu, işin uğurla nəticələnməsində mühüm rol oynadı.

Bu təcrübə mənə göstərdi ki, haqlı olan insan qorxmamalı və hüquqları uğrunda mübarizədən çəkinməməlidir”./Axşam.az




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol