“Bəzi insanlar papaq atmaq əvəzinə, kart hesabı göndərirlər” – Deputatlar qapıya atılan papağa nə qoyurlar? - SORĞU
Son illər Novruz Bayramı ərəfəsində ənənəvi adətlərin müasir formaya uyğunlaşdığı müşahidə olunur. Xüsusilə çərşənbə günlərində uşaqların qapılara papaq atması adəti artıq fərqli üsullarla icra edilir. Yayılan yeni “metod” isə müzakirələrə səbəb olub. Belə ki, bəzi şəxslər papaq əvəzinə, kart nömrəsi paylaşaraq mesaj ilə bayram payı istəyirlər.
Bu yanaşma isə cəmiyyətdə birmənalı qarşılanmır.
Pravda.az mövzu ilə bağlı deputatların fikirlərini öyrənib.
Milli Məclisin üzvü Elman Nəsirov bildirib ki, artıq neçə gündür papaq atmağa başlayıblar:
Deputat Aydın Mirzəzadə deyib ki, çərşənbə axşamlarında mənzilinin qapısı döyülərək papaq atılır, o da buna hazırlıqlıdır:
“Uşaqları sevindirməyə çalışırıq. Bu gün bir neçə kart nömrəsi ilə “papağımı geri qaytarma” deyə mesajlar aldım. Açığı təəccüb etdim, ilk dəqiqələrdə bunun zarafat olduğunu düşünmədim. Sonradan bunun sayı artanda başa düşdüm ki, informasiya texnologiya və süni intellekt burada özünü göstərir”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyevin sözlərinə görə, Novruz bayramında papaq atmaq Azərbaycan xalqının ən gözəl adətlərindən biridir və Azərbaycan xalqının ən sevilən, maraqlı, bizə tarixdən gəlmiş ənənədir:
“Uzun müddət SSRİ-nin tərkibində olan respublika olmağımıza baxmayaraq, bu adəti qoruyub günümüzə gətirib çıxarmışıq. Bu gün də bu adət yaşayır. Novruz gecəsində, xüsusilə ilaxır çərşənbəsində uşaqlar və gənclər qapını döyür, papağı qapının önünə qoyub gizlənirlər. Ev sahibi isə öz növbəsində papağı boş qaytarmır. Onun içinə qoz, fındıq, şirniyyat, kiçik hədiyyələr də qoyurlar. Bunun böyük rəmzi mənası var, İlk növbədə bolluq və bərəkət arzusunu simvolizə edir. Uşaqlar üçün böyük sevinc və əyləncə mənbəyidir. Ev sahibi papağı boş qaytarsa, bu yaxşı hal kimi qiymətləndirilmir. Papaq atmağın ümumi mənası, əsas ideyası yeni ilin bolluqla gəlməsi arzusunu əks etdirir. Müasir dövrdə papaq atma qaydası bir az dəyişib. Bəzi insanlar, hətta papaq atmaq əvəzinə, kart hesabı göndərirlər. Düzdür, şəhər həyatında qapı-qapı gəzmək heç də rahat deyil, gənclər daha çox onlayn ünsiyyətə üstünlük verirlər. Texnika və texnologiyanın həyatımıza birbaşa daxil olması adətimizə də öz təsirini göstərməkdədir. Artıq rəqəmsal versiyasının şahidi oluruq... Bunun özü də bütövlükdə bu adətin məzmun və mənasına öz təsirini o qədər də göstərmir. Adət formaca dəyişsə də, məqsədi praktiki olaraq eyni qalıb. Bu, paylaşmaqdır, kimisə sevindirməkdir. Təbii ki, mənə məhz bu niyyətlə kart göndərilsə, adekvat münasibət göstərərəm, həmin şəxsi sevindirmək, onunla bayramlaşmaq, onun da masasında bayram əhval-ruhiyyəsinin olması üçün pul göndərərəm”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa vurğulayıb ki, kart hesabının atılması artıq fırıldaqçılıq növüdür və belə insanlar Azərbaycan cəmiyyətində tez-tez peyda olurlar: