Sosial şəbəkədə biz:

Azərbaycan 12 illik təhsilə keçir? - Rəsmi cavab

Azərbaycan 12 illik təhsilə keçir? - Rəsmi cavab

Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

Elm və Təhsil Nazirliyindən APA-ya bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.

Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:

* məktəbəhazırlıq mərhələsi (5 yaş);

* ibtidai təhsil (I-IV siniflər);

* ümumi orta təhsil (V-IX siniflər);

* tam orta təhsil (X-XI siniflər).

"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol