Ağsaqqalar Şurasının sədr müavini ilə qalmaqal yaşayan “Massimo Group”un dövlətə borcu yarandı
Mebel satışı ilə məşğul olan “Massimo Group” MMC-nin dövlətə borcu yaranıb.
Şirkətin 3 997 AZN vergi borcu var.
MMC-nin rəhbəri türkiyəli iş adamı Necip Kösedir.
Qeyd: Bir neçə gün öncə, N.Köse mətbuata müraciət edərək bildirmişdi ki, 2025-ci ilin avqustunda müştəri Bayram Yusifov (iş adamı, Ağsaqqallar Şurasının sədr müavini-red) dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edib ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb. İş adamı iddia edib ki, dəfələrlə borclu ilə danışaraq borcu ödəməsini bildirsə də, müsbət cavab almayıb. Məsələdə adı çəkilən Bayram Yusifov isə bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirib.
Pravda.az