Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / Cəmiyyət / Xalq artisti: Onlara görə, həyata “yaltaqlanmağa” başladım

Xalq artisti: Onlara görə, həyata “yaltaqlanmağa” başladım

Afaq Bəşirqızı qonaq olduğu Mədəniyyət TV-də etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Xalq artisti “O” verilişində deyib: “

Məni heç kim bəyənməyib. Həyatımın müəyyən dövrünə qədər üzərimdə “yetim”, “kasıb”, “nəzarətsiz, “valideynsiz” “doğmalarsız” adı olub. Suallarım cavabsız qalıb. Səhhətimdə artroz xəstəliyinin ən ağır forması olub.

2 dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi… Bədən üzvlərinin yarısının olmaması… Bütün bunlar həyatın mənə verdiyi sualların cavabıdır. Deyim ki, bütün bunlara hakim kəsildim, xeyr. Yox, məcburiyyətdən, qorxudan… Çünki həyat yoldaşım, övladlarım, nəvələrim və mənə ehtiyacı olanlar, qayğımla dolananlar, diqqətimdə olanlar var. Onlara görə, həyata “yaltaqlanmağa” başladım”.

Xalq artisti xarakterindən də danışıb: “Bir az xaraktercə kəskin insanam. İnstitutda dərs dediyim tələbələrimlə bu gün də münasibətim davam edir. Onlara qarşı çox sərt olmuşam. Ərklə üç tələbəmi vurmuşam, onlardan biri qız, ikisi oğlan idi. Günü bu gün bilirəm ki, səhv etməmişəm. Hazırda onlardan biri çox məşhur bir aparıcıdır. Biri isə incəsənət aləmində tanınır. Qızı kursdan çıxardım. Dedim ki, mənim tələbəm ola bilməzsən”.

Həmçinin oxuyun

8 km maşın bazarındakı özbaşınalıqlar…

İki ilə yaxındır ki, “Maşın Bazarı”nda icarəyə dükan götürmüşəm. İlk yer uğursuz oldu. İki-üç min …