Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / Cəmiyyət / Rəşid Behbudovun bacısının qəbri dağılıb – VİDEO

Rəşid Behbudovun bacısının qəbri dağılıb – VİDEO

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Bununla bağlı görüntülər “Baku TV”də yayılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib”.

Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır. (Axşam.az)

Həmçinin oxuyun

8 km maşın bazarındakı özbaşınalıqlar…

İki ilə yaxındır ki, “Maşın Bazarı”nda icarəyə dükan götürmüşəm. İlk yer uğursuz oldu. İki-üç min …