Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / Aktual / Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınması təklif edilir

Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınması təklif edilir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınmasını təklif edib.

APA-nın məlumatına görə, komitə sədri bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin olmasını xatırladıb: “Orada Cümhuriyyət tarixində rolu olanların abidəsi, tarixi salnamələr və s. ucaldıla bilər ki, yeni nəsillər mütəmadi bununla canlı tanış olsun”.

SSRİ dövründə 26 Bakı Komissarı bağını və onun təbliğatda rolunu xatırladan komitə sədri bildirib ki, milli cümhuriyyət parkının olması təqdirəlayiqdir.

Həmçinin oxuyun

İşdən çıxarılan icra başçısının sərvəti

Şair Alxasovun ailəsinə məxsus əmlakların bir qismi məlumdur Mayın 31-də dövlət başçısı İlham Əliyev Şair Balaşərif …