Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / Araşdırma / Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş

Aeroportda faciəvi şəkildə ölən şəxs şöbə rəisinin oğlu imiş

Sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edən işçi vəzifəli şəxsin oğlu imiş.

“ Azinforum.az ” ın əldə etdiyi məlumata görə, aeroportda kranın aşması nəticəsində həlak olan aeroportun texniki əməkdaşı Prokofyev İqor Vladimiroviç Milli Aviasiya Akademiyasının Mühasibat şöbəsinin rəisi – baş mühasib Svetlana Prokofyevanın oğludur.

Aeroportun, eləcə də akademiyanın rəhbərliyi şöbə rəisinə oğlunun vəfatı ilə əlaqədar başsağlığı verib.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş bədbəxt hadisə nəticəsində hava limanının daha bir əməkdaşı ağır xəsarətlər alıb.

Həmçinin oxuyun

“Qurtuluş 93”də qanunsuz tikinti dayandırılıb, ağacların kəsilməsi araşdırılır – FOTOFAKT

Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsildiyi və yerində inşaat işinin …