Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / Araşdırma / Antisanitar saçaqlı pendir sexi aşkarlandı – Fotolar

Antisanitar saçaqlı pendir sexi aşkarlandı – Fotolar

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu Alaçadırlı kəndində vətəndaş Həsənov Mehman Zakir oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, reyd zamanı saçaqlı pendir istesal edən sexdə əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqların pozulması faktı müəyyən edilib. 

İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

Həmçinin oxuyun

“Qurtuluş 93”də qanunsuz tikinti dayandırılıb, ağacların kəsilməsi araşdırılır – FOTOFAKT

Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsildiyi və yerində inşaat işinin …