Ana səhifə / Kriminal / Sumqayıtda uşaq bağçasında yanğın

Sumqayıtda uşaq bağçasında yanğın

Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binada yanğın olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Həmçinin oxuyun

Bakıda taksi sürücüsü 15 yaşlı qızın başına oyun açdı

Mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü həbs edilib. Publika.az …