Xərclərimizin yarıdan çoxunu yeyib-içməyə sərf edirik – Rəsmi
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 517,2 manat xərcləyib.
Bu vəsaitin 284,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 232,3 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Bu isə o deməkdir ki, əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin yarıdan çoxu – 55,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 475,3 manat xərcləyib. Göründyü kimi, əhalinin mağazalarda xərclədiyi vəsait 41,9 manat və ya 8,8% artıb. Ötən ilin yanvar-mart aylarında ərzağa 264,3 manat, qeyri-ərzağa 211 manat xərcləyiblər. yeniavaz