Sosial şəbəkədə biz:

"Veteran ailəsinə qoyulan hörmət budurmu?" - ŞİKAYƏT

"Veteran ailəsinə qoyulan hörmət budurmu?" - ŞİKAYƏT
Xəbər Şəkli
26 November 2026, 10:23
Sosial

Xocavənd rayon sakini Nuranə Vəliyeva Azinforum.az-a şikayət edərək onların evlə təmin edilməsi ilə bağlı püşkatmaya dəvət edilmədiyini bildirib. 

Şikayətdə deyilir: “Mən Vəliyeva Nuranə Bəhruz qızı, Xocavənd rayonu Kurapatkin kənd sakiniyəm. Hazırda məcburi köçkünlər üçün müvəqqəti salınmış 500-ailəlik qəsəbədə ev 307-də yaşayıram. Bir ildir Qarabağa qayıdış üçün qeydiyyatdayam. İşim Xocavənd Rayonu Mərkəzi Xəstəxanasıdır. Qaynanam Vəliyeva Firəngiz Muxtar qızıdır. Onun işi Xocavənd rayonu Kurapatkin kənd bağçasındadır. İkimizin də işi artıq Qarabağdadır. Qaynanam dəfələrlə Qaçqınkom nümayəndələri Rövşən müəllimə və Eldar müəllimə ərizə yazıb. Bu günə kimi bizi bir dəfə də olsun püşkatmaya çağırmayıblar. Halbuki mənim üstümdə 3-4 dəfə imtina verənləri çağırıblar. Bizə isə obyektiv baxılmayıb.

Mərhum qaynatam Vəliyev Adil Yusib oğlu Birinci Qarabağ müharibəsinin veteranı olub. Ulu Öndər Heydər Əliyev tərəfindən səngərdə qızıl saatla təltif edilib. Veteran ailəsinə qoyulan hörmət budurmu? Xahiş edirəm, məsələmizi işıqlandırasınız. Biz doğma yurdumuza qayıtmaq istəyirik. 

Hörmətlə: Vəliyeva Nuranə Bəhruz qızı 

Ünvan:500-ailəlik qəsəbə ev 307, 

Telefon: 0514935592”.

d4b342db-537d-43b6-86c6-45788e8564e6.jfif 100.66 KB