Sosial şəbəkədə biz:

Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı

Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı

Xəbər verdiyimiz kimi, Ucarda Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılan direktor Emin Orucov işdən çıxarılıb.

Bununla da kənddə fəaliyyət göstərən yeganə uşaq bağçasının da fəaliyyəti məhdudlaşdırılıb.

Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.

Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandırılmasını düzgün hesab etmirlər.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən körpələr evi-uşaq bağçasının davamiyyət göstəricilərinin uzun müddət aşağı olması, bu ilin iyun-iyul aylarında, ümumiyyətlə, davamiyyətin olmaması nəzərə alınaraq müəssisənin fəaliyyətinin tənzimlənməsi zərurəti yaranıb:

“Yeni tədris ilindən etibarən kənd sakinlərinin məktəbəqədər təhsil ehtiyaclarının daha keyfiyyətli və səmərəli təmin olunması məqsədilə aidiyyəti qurumlarla zəruri müzakirə və təhlillər aparılır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol