Sosial şəbəkədə biz:

Səhiyyə Nazirliyinin 25.2 milyonluq tenderi baş tutmadı

Səhiyyə Nazirliyinin 25.2 milyonluq tenderi baş tutmadı

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyənin Təminat Mərkəzi” 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair “Hexa vaccine” (6 valentli) vaksinin alınması ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.

Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

310 000 ədəd vaksinin alınmasını nəzərdə tutan tenderin dəyəri 25 231 055 AZN olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol