Sosial şəbəkədə biz:

Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilən xəstəxanada araşdırma başlanıldı - RƏSMİ

Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilən xəstəxanada araşdırma başlanıldı - RƏSMİ
Xəbər Şəkli
21 July 2026, 12:03
Sosial

"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumatla bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsələ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir və araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib.

Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.