Sosial şəbəkədə biz:

Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək

Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Abşeron  Express” MMC (VÖEN - 1101627341) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, “Abşeron  Express” MMC Məşğulluq Agentliyi üçün anbar sahəsi icarəyə verəcək.
İcarəyə götürüləcək anbarın ümumi sahəsi 14 000 kv. metr olacaq və bunun üçün “Abşeron  Express” MMC-yə 18 aylıq icarə haqqı olaraq 1 milyon 917 min 719 manat 24 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, Agentlik icarəyə götürdüyü ofis sahəsinə hər ay 106 min 540 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Abşeron  Express” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lölbatan ŞTQ, Xocahəsən, ev 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Çingiz Aydın oğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol