İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.
Yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.
Xəsarət alanlardan biri - Əsəd Cəfərovun müalicəsi isə həkim nəzarəti altında xəstəxanada davam etdirilir.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə dörd nəfər xəsarət alıb.