Sosial şəbəkədə biz:

Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb

Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb

Hesablama Palatasınıın bu ilin I yarısında həyata keçirdiyi audit tədbirləri zamanı aşkarlanan və ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb.

Azinforum.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, pozuntular əsasən aşağıdakı sahələrdə müşahidə olunub:

- Büdcə vəsaitlərinin düzgün proqnozlaşdırılmaması nəticəsində onların təyinatının dəyişdirilməsi;

- Qurumların qanunvericiliklə müəyyən edilmiş funksiyalarına aid olmayan istiqamətlər üzrə vəsaitlərin xərclənməsi;

- Yanacaq və nəqliyyat normasına əməl edilməməsi, beynəlxalq tədbirlərdə artıq xərclərə yol verilməsi;

- “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması – satınalma planlarının hazırlanması və icrasında nöqsanlar;

- Tender komissiyalarının fəaliyyəti zamanı şəffaflıq və rəqabət prinsiplərinə əməl olunmaması;

- Satınalma müqavilələrinin icrasında geriləmələr və aşağı icra göstəriciləri;

- Tikintisi başa çatmış obyektlərin vaxtında istismara verilməməsi nəticəsində mühasibat uçotunda qeyri-dəqiq əksolunmalar;

- Dövlət investisiyalarının idarə olunması zamanı normativ aktların düzgün tətbiq edilməməsi.

Hesablama Palatası bu pozuntularla bağlı məsul qurumlara təkliflər paketini təqdim edib və qanunvericilikdə dəyişikliklərin, o cümlədən dövlət satınalmalarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol