Sosial şəbəkədə biz:

Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group”- 3 milyondan çox borc yaranıb

Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group”- 3 milyondan çox borc yaranıb

“Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin 3 milyon manatdan çox vergi borcu var.

 “Synergy Group” vergilər naziri olmuş mərhum Fazil Məmmədovun biznes imperiyasına daxil idi.

 Şirkətin qanuni təmsilçisi isə Fazil Məmmədovun yaxın adamı, Binəqədinin icra başçısı olmuş Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovdur.

 Hazırda da şirkətə rəhbərliyi Elnur İsgəndərov həyata keçirir. “Synergy Group” MMC-nin nizamnamə kapitalı 50 milyon manatdır. “Synergy Group” bir müddət əvvəl vergiyə yaranmış borcunu ödəyib. Şirkətin hazırda 167 manat vergi borcu var.

 “Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin isə 3 milyon manatdan çox vergi borcu yaranıb. MMC-nin vergi borcu son illərdə artmaqda davam edir.

 Nizamnamə kapitalı 10 min manat olan “Synergy Medical”ın qanuni təmsilçi isə Gülnar Paşayevadır.

 “Synergy Medical” MMC barəsində vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün bir neçə dəfə maliyyə sanksiyası tətbiq edilib. Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol