Sosial şəbəkədə biz:
DSMF-nin binası 3,8 milyon manata təmir olunacaq
Xəbər Şəkli

DSMF-nin binası 3,8 milyon manata təmir olunacaq

02 March 2026, 16:24
Sosial

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “TVM İnşaat” MMC (VÖEN – 1101408601) olub.
DSMF Həsən bəy Zərdabi küçəsi 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri işlərinin satın alınmasına görə “TVM İnşaat” MMC-yə 3 milyon 769 min 403 manat 35 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğlu olan MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ev 3D, mənzil 8-də yerləşir.
Yeniavaz